Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah" qalib gəldi, "Neftçi"nin oyununda 6 qol vuruldu

Tarix: 9 Mart 2024 20:32

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun iki oyunu keçirilib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, "Sabah" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:1.

Günün digər matçında isə "Neftçi" "Kəpəz"in qonağı olub və qarşılaşma 3-3 hesabı ilə başa çatıb.

Xallarının sayını 37-ə çatdıran "Sabah" "Neftçi" və "Səbail"lə birlikdə 3-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, martın 8-də "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib - 1:0. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Sabah qalib gəldi Neftçinin oyununda 6 qol vuruldu


RƏYLƏR