Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis kosmetoloqları saxladı

Polis kosmetoloqları saxladı

Tarix: 9 Mart 2024 22:40

Tailandda lisenziyasız müştərilər üçün kosmetik prosedurlar həyata keçirməkdə ittiham olunan üç Rusiya vətəndaşı saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, martın 7-də Koh Samuidə özəl klinikanın sahibi və iki işçisi tutulub.

Yerli müstəntiqlərin sözlərinə görə, klinikada lazımi icazə olmadan gözəllik prosedurları, o cümlədən müxtəlif inyeksiyalar aparılıb. Saxlanılanlardan birinin Tailandda ümumiyyətlə işləmək üçün lisenziyasının olmadığı da məlum olub.

Klinikadakı bütün avadanlıqlar müsadirə edilib və biznes sahibinə qarşı ittiham irəli sürülüb.

Milli.Az


Etiketlər:  Polis kosmetoloqları saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ