Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saşa Yunisoğlu: “Təəssüflər olsun ki, “Qarabağ” cəmi 2 dəfə...”

Saşa Yunisoğlu: “Təəssüflər olsun ki, “Qarabağ” cəmi 2 dəfə...”

Tarix: 10 Mart 2024 17:06

"Qarabağın oyunu ilə bağlı adam səhərə kimi danışa bilər".

Bunu İdman.Biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə Bakıdakı oyununu dəyərləndirib. Veteran futbolçu "Qarabağ"ı xalqın komandası adlandırıb: "Bu komanda oyunun nəticəsindən asılı olmayaraq artıq adını Azərbaycan futbol tarixinə qızıl həriflərlə yazıb. "Qarabağ"a ancaq və ancaq əhsən düşür. Oyunda "Bayer"in baş məşqçi Xabi Alonsonun oyundan sonra dediyi sözlərlə tam razılaşıram. Bu matçda almanların bəxti gətirdi, "Qarabağ"ınkı isə gətirmədi. Azərbaycan çempionu çox gözəl və yüksək səviyyəli futbolu sərgilədi. Avropanın hazırda ən güclü komandalarından biri sayılan "Bayer"ə qarşı çoxlu qol imkanları yaratdı. Təəssüflər olsun ki, cəmi 2 dəfə fərqlənə bildilər və uşaq səhvlərindən sonra buraxdığı 2 qol bizi çox məyus etdi. Bu, həqiqətdir. Amma yenə də "Qarabağ"a çox sağ ol düşür, ona görə ki, adına layiq olaraq, bizlərə bu gözəl hissləri yaşatdı"..

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. "Bayer" - "Qarabağ" oyunu isə martın 14-də "Bay Arena"da baş tutacaq.

Milli.Az


Etiketlər:  Saşa Yunisoğlu Təəssüflər olsun ki Qarabağ cəmi 2 dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ