Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

4 oyunçu zorlamada şübhəli bilinir - Məşhur klubda qalmaqal

4 oyunçu zorlamada şübhəli bilinir - Məşhur klubda qalmaqal

Tarix: 10 Mart 2024 18:58

Argentina futbolunda növbəti böyük qalmaqal yaşanır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yerli bir qadın "Velez Sarsfild" klubunun dörd futbolçusunu onu zorlamaqda ittiham edib.

Ötən şənbə günü komanda yerli "Atletiko" ilə oyun üçün Tukumana səfərinə gedib. Cinayətin komanda səfərdə olarkən baş verdiyi iddia edilir. "Associated Press"in məlumatına görə, qalmaqalda Sebastyan Sosa, Brayan Kufre, Xose İqnasio Florentin və Abiel Osorio iştirak edib.

Hadisənin otel otağında baş verib. Qadın bildirib ki, adı çəkilən futbolçulardan biri ilə gecələməyə razılaşıb və otağa daxil olanda orada 4 futbolçu görüb.

Zərərçəkmiş olduğu iddia edilən şəxs futbolçularla spirtli içki qəbul etdiyini etiraf edib. Tezliklə çarpayılardan birində yuxuya gedib. Bundan sonra ona təcavüz edildiyini iddia edir.

Qalmaqal məlum olduqdan sonra prokurorluq bu işlə bağlı araşdırmalara başlayıb. İstintaq başlayandan az sonra "Velez Sarsfild" adları çəkilən futbolçuları məşqlərdən uzaqlaşdırıb.

Milli.Az


Etiketlər:  4 oyunçu zorlamada şübhəli bilinir Məşhur klubda qalmaqal


RƏYLƏR