Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ön cəbhədə olanlara bu qədər pul verəcək

Ukrayna ön cəbhədə olanlara bu qədər pul verəcək

Tarix: 11 Mart 2024 06:52

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski cəbhə xəttində olan hərbçilərə verilən ödənişlərin ikiqat artırılmasını təklif edib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın hakim "Xalqın qulluqçusu" fraksiyasından olan deputatı Ruslan Qorbenko deyib.

"Onlar 100 min qrivna yox, 200 min (5,2 min dollar - red.) döyüş müavinəti almaq istəyirlər. Bunu etmək olarmı? Bəli. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski prezidentə təklif etdi ki, hərbçiləri həvəsləndirmək üçün bu ödənişlər ikiqat artırılsın", - o bildirib.

Parlamentari qeyd edib ki, bu cür indeksasiya üçün vəsaiti döyüşmək istəməyənləri Ukrayna Silahlı Qüvvələrinin sıralarından xaric etməklə tapmaq olar:

"Belə insanları orduda saxlamağın mənası yoxdur. Daha yaxşı olar ki, döyüşmək istəyənlərin ödənişləri ordudan azad olunanların pulları hesabına artırılsın".

Milli.Az


Etiketlər:  Ukrayna ön cəbhədə olanlara bu qədər pul verəcək


RƏYLƏR