Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhəmməd Əbunəyyan İlham Əliyevi təbrik edib

Məhəmməd Əbunəyyan İlham Əliyevi təbrik edib

Tarix: 11 Mart 2024 14:15

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Cənab Prezident.

Prezident seçkilərində yenidən qələbə qazanmağınız münasibətilə "ACWA Power" şirkəti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Parlaq qələbəniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə və uzaqgörənliyinizə inamının, etimadının təsdiqidir.

Sizin Azərbaycan Respublikasına və xalqına xidmətlə bağlı göstərdiyiniz fədakarlıq çox həsəd aparılan rifahı və təhlükəsizliyi bərqərar etdi. Mən əminəm ki, davamlı rəhbərliyiniz Azərbaycanın qlobal arenada mühüm və etibarlı tərəfdaş kimi yerini daha da möhkəmləndirəcəkdir.

"ACWA Power" şirkəti olaraq, xidmət etdiyimiz icmalara sosial rifah və iqtisadi artım gətirən yaşıl, davamlı enerji və su layihələrini inkişaf etdirməyə sadiqliyimizi bir daha təsdiqləyirik. Sizin rəhbərliyiniz və "yaşıl transformasiya"ya baxışınızla Azərbaycan ilə əlaqələrimizi inkişaf etdirəcəyimizə inanırıq".

Milli.Az


Etiketlər:  Məhəmməd Əbunəyyan İlham Əliyevi təbrik edib


RƏYLƏR