Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç bayrağı NATO-nun baş qərargahında qaldırıldı - FOTO

İsveç bayrağı NATO-nun baş qərargahında qaldırıldı - FOTO

Tarix: 11 Mart 2024 15:52

İsveç bayrağı NATO-nun baş qərargahında qaldırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, mərasimdə NATO-nun Baş katibi Yens Stoltenberq, İsveçin Baş naziri Ulf Kristersson, İsveç şahzadəsi Viktoriya və İsveç hökumətinin nümayəndələri iştirak edib.

Mərasimdə İsveç Baş naziri və NATO Baş katibi çıxış edib.

Daha sonra dövlət himninin sədaları altında ölkənin bayrağı qaldırılıb.

Bununla da İsveç alyansın rəsmi üzvü olub və NATO müqaviləsinin 5-ci bəndi İsveç üçün də aktivləşib.

Milli.Az


Etiketlər:  İsveç bayrağı NATO baş qərargahında qaldırıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ