Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Damladan oğluna: “Öküz, mən sənin ananam” - FOTO

Damladan oğluna: “Öküz, mən sənin ananam” - FOTO

Tarix: 11 Mart 2024 17:05

Müğənni Damla oğlu ilə bağlı maraqlı açıqlamalar verib.

Sonxeber.net olay-a istinadən bildirir ki, sənətçi bu barədə "Zaurla Günaydın" verilişində danışıb. İfaçı söyləyib ki, oğlu ilə arasında fərqli bağ var:

"Arada üstünə qışqırıram ki, öküz, sənin ananam, bu sözü demək olmaz. Deyir, hərdən unuduram, elə bilirəm ki, böyük bacımsan. Onun əziyyətini daha çox anam çəkib. Mən məclislərdə olmuşam. Oğlumun burada olmamağı mənə də təsir edir. Amma ən çox anam pis olur. Oğlum yanıma gələndə, anam zəng edirdi ki, nə bişirdin, nə yedizdirdin. 17 yaşımda ailə qurmuşdum. 2-3 il çəkdi. Rəsmi boşanma gec oldu. Ailə daxilində alınmadı. Oğluma görə münasibətlərim var. Oğlumu xaricə atası ilə birgə yola saldıq, sənədlərini bərabər hazırladıq. Hamısında atası yanımızda olub. Onun ailəsi, övladları var. Oğlum tək deyil, bacı-qardaşları var. 
Bəzən mənə onların şəkillərini göndərir. Mən də gülürəm. Göndərəndə deyir, bacımdır, deyirəm, mənim xəbərim yoxdur, qızım olmayıb. Arada xanımlar ayrılanda övladlarını qarşı tərəfə göstərmirlər. Necə edirlər bunu? Axı sən atanın evindən gətirməmisən. Evliliklə bağlı fikrim yoxdur. Hətta fikirləşirəm ki, oğlum tez böyüsün, evləndirim, nənə olum. İşin yükü çoxaldan heç fikirləşmirsən. Bəzən deyirəm ki, ay Allah, nə yaxşı külfət içində yaşamıram, qayınanam-baldızım yoxdur. Məni bir gün də saxlamazdılar. Gəlin, gecə 3-də toydan gəlir. Olacaqsa da, rəsmi qaydada istəyirəm. Rəsmi nikah olsun. Sıradan olmasın".  


Etiketlər:  Damladan oğluna Öküz mən sənin ananam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ