Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda skuter stansiyaları artırılır

Bakıda skuter stansiyaları artırılır

Tarix: 11 Mart 2024 17:06

"Bakıda ümumilikdə 120-dək skuter stansiyasının olması gözlənilir. Velosipedlərin, skuterlərin yerləşdirilməsi vacibdir ki, insanlar istifadəyə başlaya bilsin. Bu işlərin davamı var". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

"Bakıda 160 kilometrə qədər ümumi avtobus şəbəkəmiz olmalıdırsa, hazırda təqribən 60 km var. Onlar arasında əlaqənin yaradılması çox vacibdir. Başlıca işimiz qrafik üzrə hərəkətin təmin edilməsidir. Hazırda Abşeronda 50-nin üzərində layihə var. Dəmiryolu ilə bağlı qeyd edim ki, dəmir yolları 10 qatarla fəaliyyət göstərir. 4 qatar əlavə alınıb, hazırda testdədir. Metro ilə bağlı isə əlavə 35 qatarın xəttə buraxılması planlaşdırılır" , - deyə nazir müavini bildirib. 

Milli.Az


Etiketlər:  Bakıda skuter stansiyaları artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ