Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 09:08
"Survivor" iştirakçısı Yiğit Poyraz yarış zamanı Dominikan vətəndaşlarının birinin evindən oğurluq edib.
Sonxeber.net olay-a istinadən bildirir ki, aparıcı Acun Ilıcalı proqramın bugünkü buraxılışında bu barədə danışıb.
"Poyraz bir Dominikan vətəndaşının evinə torba ilə girib, evdə nə varsa torbaya yığıb və çıxıb", - deyə, aparıcı bildirib.
O əlavə edib ki, həmin şəxsi polisə getməməyə özü razı salıb.
İştirakçı Poyraza isə bu qayda pozuntusuna görə 10 ödüldən yararlanmama cəzası verilib.