Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 12:16
2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyriqida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib.
Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib.