Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO-nun Ukrayna ilə bağlı qərarı açıqlandı

NATO-nun Ukrayna ilə bağlı qərarı açıqlandı

Tarix: 12 Mart 2024 20:02

NATO Ukraynaya qoşun yeritməyi planlaşdırmır və Fransa prezidenti Emmanuel Makron belə mühüm məsələ ilə bağlı alyansın nümayəndələri ilə məsləhətləşməlidir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Reuters" agentliyinə müsahibəsində bildirib.

"NATO-nun Ukraynaya hərbi personal göndərmək planı yoxdur və NATO nə münaqişə tərəflərindən biri, nə də alyansın üzvüdür", - o qeyd edib.

Stoltenberqin sözlərinə görə, hətta NATO-ya üzv ayrı-ayrı ölkələr öz əsgərlərini Ukrayna ərazilərinə göndərmək qərarına gəlsələr belə, bu, artıq digər dövlətlərin də eyni hərəkətləri potensial olaraq nəzərdən keçirməsi zərurətinə səbəb olacaq. Təşkilatın baş katibi izah edib ki, bu, kollektiv müdafiə paktında nəzərdə tutulub.

Makronun Fransa hərbçilərinin Ukraynaya yardıma göndərilməsinə icazə verərkən səhv edib-etmədiyini soruşduqda, baş katib Fransa liderinə tövsiyə ilə cavab verib.

"Düşünürəm ki, ilk növbədə belə bəyanatları və layihələri müzakirə etməyimiz vacibdir ki, belə mühüm mövzulara ümumi yanaşma formalaşdıra bilək. Axı mövzu bizim hamımız üçün vacibdir", - Stoltenberq yekunlaşdırıb.

NATO-nun baş katibi artıq qeyd edib ki, hələlik alyans Rusiyanı hərbi təhlükə kimi görmür.

Milli.Az


Etiketlər:  NATO nun Ukrayna ilə bağlı qərarı açıqlandı


RƏYLƏR