Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səhər yeməyindən sonra dişlərinizi fırçalamayın – SƏBƏB

Səhər yeməyindən sonra dişlərinizi fırçalamayın – SƏBƏB

Tarix: 12 Mart 2024 22:30

İnsanların bir çoxu səhvən yeməkdən sonra dişləri fırçalamağın faydalı olduğuna inanır.

Stomatoloq Maykl Mosli diş minasına zərər verməmək üçün səhər yeməyindən dərhal sonra dişlərinizi fırçalamaqdan çəkinməyi tövsiyə edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, qida turşularının diş minasına zərər verməməsi üçün yeməkdən sonra ən azı 30 dəqiqə gözləmək lazımdır.

Onun sözlərinə görə, çünki yeməkdən sonra ağızdakı turşu dişlərin minasını zəiflədə bilər ki, bu da nəticədə dişlərin çürüməsinə və digər ağız problemlərinə səbəb ola bilər:

"Bundan əlavə, yeməkdən sonra dişlərinizi çox tez fırçalamaq da dişlərinizə zərər verə və potensial olaraq müalicə tələb edə bilər. Odur ki, mümkünsə, diş minanısını gücləndirmək və günə hazırlaşmaq üçün oyanan kimi dişləri fırçalamaq lazımdır.

Səhər yeməyində qəhvə və ya meyvə kimi turşulu qidalar qəbul edirsinizsə, diş minanısının zədələnməsinin qarşısını almaq üçün yeməkdən 60 dəqiqə sonra dişləri fırçalayın".

Milli.Az


Etiketlər:  Səhər yeməyindən sonra dişlərinizi fırçalamayın SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ