Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnter" Jirunu "Çelsi"dən alır

Tarix: 17 Noyabr 2019 18:00

“Çelsi”nin futbolçusu Olivye Jiru  karyerasını İtaliyada davam etdirə bilər.

Qo.az “La Gazetta dello Sport” nəşrina istinadən xəbər verir ki, fransız hücumçu “İnter”ə keçəcək.

“İnter”in idman direktoru Pyero Auisilonun Londonda “Çelsi”nin direktoru Marina Qranovski ilə görüşdüyü və Jirunun keçidində razılıq əldə etdiyi bildirilir. “İnter”in yanvarda 5-7 milyon avro qarşılığında 33 yaşlı hücumçunu transfer edəcəyi gözlənilir.

Qeyd edək ki, Jirunun “Çelsi” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

 


Etiketlər:  İnter Jirunu Çelsidən alır


RƏYLƏR