Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir çox maraqlı qadağaların olduğu ən ucqar şimal nöqtəsi - Burada ölmək də qadağandır - FOTO

Bir çox maraqlı qadağaların olduğu ən ucqar şimal nöqtəsi - Burada ölmək də qadağandır - FOTO

Tarix: 14 Mart 2024 06:22

Norveçin ən şimal nöqtəsi Svalbard arxipelaqı ən ucqarda yerləşən yerdir.

Milli.Az sfera.az-a istinadən bildirir ki, dünyanın ən şimal arxipelaqı arasında yerləşən Longyearbyen şəhəri çox maraqlı yer və qəribə qadağalarının olması ilə məşhurdur. İlin çox hissəsini qarda keçirən şəhərdə maraqlı şeylərin sayı-hesabı yoxdur.

Longyearbyen şəhərində cəmi 3 min insan yaşayır.Longyearbyen, Svalbardın ən mühüm yaşayış məntəqələrindən biridir. Uzaq şimalda yerləşdiyi üçün çox insanın yaşaması üçün əlverişli iqlim şəraiti yoxdur. Hətta burada işlər olduqca çətindir...

İlin çox hissəsinin -40 dərəcə olduğu bu bölgədə qaydalar Norveçdəkindən bir qədər fərqli işləyir.

Sərt hava şəraiti hər kəsin həyatını çətinləşdirir. Zarafat deyil, burada həqiqətən çətin və maraqlı şeylər ortaya çıxır.

Əvvəla deyək ki, qəsəbədə silahsız çölə çıxmaq qadağandır. 

Küçələrdə dolaşan qütb ayıları kiçik hücumlara səbəb ola biləcəyi üçün ərazidə yaşayan insanlar silahları ilə çölə çıxmalı olurlar.

Çünki qütb ayıları tez-tez yemək tapmaq üçün şəhərə çıxırlar.

Eyni zamanda burada pişiklərə yem vermək tamamilə qadağandır...

Küçələrdə, evlərdə pişik görmək mümkün deyil.

Ancaq bu qadağanın səbəbi kifayət qədər də ağlabatandır: nəsli kəsilmək təhlükəsi ilə üzləşən qütb quşlarını qorumaq.

Bildiyiniz kimi, pişiklər onların bir nömrəli düşmənidir. Ona görə də belə bir qadağa qoyulub.

Restoranlar, banklar, universitetlər və iş yerləri kimi bütün qapalı yerlərə girərkən ayaqqabılarınızı çıxarmalısınız.

Çöldə çox vaxt buzlu olduğu üçün ayaqqabı ilə girəndə içəri palçıqlı olur. Ona görə də belə bir qadağa gətirilib.

Spirtli içkiləri də istədiyiniz qədər içə bilməzsiniz, hər kəsin müəyyən həddi var. 

Spirtli içki içmək üçün sizdə spirtli içki kartı olmalıdır və onu müəyyən olunmuş həddə istehlak etməyə icazə verilir. Bu qayda şəhərdə yalnız mədən işçilərinin işlədiyi dövrə gedib çıxır.

Başqa bir qadağa doğum qadağasıdır.

Svalbard arxipelaqında fövqəladə hal olmadıqda doğum qadağandır. Qadınlar hamiləliklərinin 8-ci ayından sonra Norveçdə bir şəhərə göndərilir.

Səbəb başqa şəhərlərdən adaya gələn insanların doğum edib adada yaşamaq hüququ qazanmasının qarşısını almaqdır.

İndi isə ən maraqlı qadağaya gəlirik: 1950-ci ildən bu şəhərdə ölmək qadağandır. 

Əgər qocalmış və ya xəstələnmisənsə, burada ölə bilməzsən, səni dərhal Norveçin başqa bir yerinə aparacaqlar.Qadağanın əsası isə İspan qripi dövrünə gedib çıxır.

Bir dönəmi məhv edən ispan qripi Svalbardda yaşayan insanlara da yoluxmuş və bu dövrdə dünyasını dəyişənlər bölgədəki qəbiristanlıqda dəfn edilmişdir.
İllər sonra adalarda ispan qripi yenidən görünməyə başlayıb.

Sonradan məlum olub ki, basdırılan insanlar buzun altında qaldıqları üçün bədənlərindəki mikroblar ölməyib və yoluxdurmağa davam ediblər. Bundan sonra bölgədəki məzarlar da köçürülüb.

Həmçinin yerin çox vaxt buz olduğunu nəzərə alsaq, kiminsə burada dəfn edilməsi demək olar ki, mümkün deyil.

Əgər həddindən artıq xəstələnsəniz və ya qocalsanız, sizi həmin dəqiqə Norveçin başqa bir şəhərinə köçürürlər. Bu, kifayət qədər maraqlı olsa da, əsaslı səbəbə görədir.

Milli.Az


Etiketlər:  Bir çox maraqlı qadağaların olduğu ən ucqar şimal nöqtəsi Burada ölmək qadağandır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ