Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya onların ölkəyə girişinə qadağa qoydu

Rusiya onların ölkəyə girişinə qadağa qoydu

Tarix: 14 Mart 2024 19:00

Rusiya 227 ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.

Açıqlamada 227 ABŞ rəsmisinin qarşılıqlı olaraq Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu qeyd edilib.

Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-nin Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar daxildir.

Milli.Az


Etiketlər:  Rusiya onların ölkəyə girişinə qadağa qoydu


RƏYLƏR