Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə qayıq batdı: 14 ölü

Türkiyədə qayıq batdı: 14 ölü

Tarix: 15 Mart 2024 15:10

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla 14 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını təsdiqləyib.


Etiketlər:  Türkiyədə qayıq batdı ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ