Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 15:56
Qazaxıstan dövlət gerbini dəyişir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz çıxışında bildirib.
"Qazaxıstanın gerbi qavramaq üçün çox mürəkkəbdir, onun üzərində sovet dövrünün işarələri var", - Tokayev deyib.
O, bu mövzunu müzakirə etməyi və ictimai razılıq əsasında Qazaxıstanın yeni gerbinin ən yaxşı eskizinin hazırlanması üçün müsabiqə elan etməyi təklif edib.