Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya çempionu arvadını öldürməkdə ittiham olunur

Dünya çempionu arvadını öldürməkdə ittiham olunur

Tarix: 15 Mart 2024 18:10

Velosiped idmanı üzrə dünya çempionu Roan Dennis həyat yoldaşını öldürməkdə ittiham olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, idmançının həyat yoldaşı Melissa Hoskinsini yaşadıqları evin qarşısındakı həyətyanı ərazidə avtomobillə vurduğu məlum olub.

Baş verənlərdən sonra dünya çempionu 15 ilə qədər həbs oluna bilər. Onun məhkəməsi bu ilin avqustunda baş tutacaq.

Xatırladaq ki, Dennis Yaponiyada keçirilən Olimpiadanın bürünc mükafatçısı və dördqat dünya çempionudur. Onun həyat yoldaşı da Avstraliyanın velotrek üzrə komandasının heyətində dünya çempionu olub.

Milli.Az


Etiketlər:  Dünya çempionu arvadını öldürməkdə ittiham olunur


RƏYLƏR