Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O, məni öldürmək üçün azadlığa buraxıldı

O, məni öldürmək üçün azadlığa buraxıldı

Tarix: 15 Mart 2024 19:36

Rusiyada qanuni oğru Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən ona görə vaxtından tez azad edilib ki, Gürcüstanda keçirilən seçkilər öncəsi gürcü cinayət dünyasının idarəçiliyi ona həvalə olunsun.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Həbsdə olan keçmiş prezident bu qanuni oğru tərəfindən öldürüləcəyini deyib:

"İstisna etmirəm ki, göstərişlərdən biri mənim həbsxanadakı məsələmin yekun həllidir", - Saakaşvili açıqlamasında deyib.

Qeyd edək ki, kriminal aləmdə "Şakro Molodoy" kimi tanınan 70 yaşlı Zaxari Kalaşovun Rusiya məhkəməsi tərəfindən vaxtından əvvəl azadlığa buraxlacağı ilə bağlı məlumat yayılıb.


Etiketlər:  məni öldürmək üçün azadlığa buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ