Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi İrəvandan işğaldakı 4 kəndimizlə bağlı açıqlama

Rəsmi İrəvandan işğaldakı 4 kəndimizlə bağlı açıqlama

Tarix: 16 Mart 2024 07:56

Ermənistan Nazirlər Kabineti Azərbaycanın anklav olmayan 4 kəndini (Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri) tələb etməsi ilə bağlı yerli medianın sorğusunu cavablandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ermənistan Baş nazirliyi görüşlərdən sonra iki ölkə tərəfindən təsdiq edilmiş iş proseduruna uyğun olaraq, rəsmi press-relizlərdən kənarda dəqiqləşdirmələrə və şərhlərə icazə verilmədiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, son görüşdə bu məsələ ilə bağlı başqa razılıq əldə olunmayıb:

"Ermənistan üçün məqbul yanaşma qanuni qüvvəyə malik hüquqi sənədlər əsasında bu ərazilərin delimitasiyası və demarkasiyasına yanaşmadan çıxış edərək, sonradan eksklavlar/anklavlar məsələsinə baxılmasıdır".

Milli.Az


Etiketlər:  Rəsmi İrəvandan işğaldakı kəndimizlə bağlı açıqlama


RƏYLƏR