Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arda Güler İspaniya mətbuatının manşetlərində: “Real"ın tarixinə düşdü” - FOTO

Arda Güler İspaniya mətbuatının manşetlərində: “Real

Tarix: 16 Mart 2024 10:26

"Real Madrid" klubunda çıxış edən türkiyəli məşhur futbolçu Arda Güler ​​İspaniyada gündəmdə qalmağa davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ispan nəhənginin heyətində ilk qolunu vuran 19 yaşlı gənc futbolçu İspaniya mətbuatının manşetlərinə düşüb.

"Marca" qəzeti "Arda Güler ​​"Real Madrid" tarixində qol vuran 416-cı futbolçu oldu" başlıqlı yazı dərc edib və üz qabığında "Real Madrid"in qol vuran futbolçularının adlarına yer verib.

Arda Güler "Real Madrid"in "Celta Vigo" ilə matçında atdığı qolla ​​klub tarixində qol vuran 416-cı futbolçu olub.

Xatırladaq ki, uzun müddət zədəli olan Arda Güler "Real Madrid"də bu səbəblə xeyli vaxt forma geyinə bilməyib. Zədəsi sağaldıqdan sonra 6 matçda forma geyinib və ​​son matçda 1 qol vurub.

Milli.Az


Etiketlər:  Arda Güler İspaniya mətbuatının manşetlərində Realın tarixinə düşdü FOTO


RƏYLƏR