Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2024 15:03
Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Həyata keçirdiyimiz birgə infrastruktur layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq".