Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pensiyasını orduya bağışlayan Hikmət babadan növbəti jest - VİDEO

Pensiyasını orduya bağışlayan Hikmət babadan növbəti jest  - VİDEO

Tarix: 18 Mart 2024 13:42

Vətən müharibəsi vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən gündəmə gəlib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, pensiyaçı bu dəfə Şəkinin "Şəki City" klubunun başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat vəsaiti kluba bağışlayıb.

Bildirilib ki, kampaniyada toplanan vəsait komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.

Qeyd edək ki, Hikmət baba kimi tanınan Hikmət Musayev Vətən müharibəsi zamanı atdığı addımla böyük rəğbət qazanmışdı. Daha sonra dövlət qurumlarının əməkdaşları onun evində olmuş, eləcə də Şuşaya səfəri təşkil edilmişdi.

Milli.Az


Etiketlər:  Pensiyasını orduya bağışlayan Hikmət babadan növbəti jest VİDEO


RƏYLƏR