Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan vətəndaşı daxili orqanında narkotik keçirmək istərkən saxlanıldı

Azərbaycan vətəndaşı daxili orqanında narkotik keçirmək istərkən saxlanıldı

Tarix: 18 Noyabr 2019 11:18

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb, sorğu sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə ümumi çəkisi 38 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və çəkisi 11 qram olan ağ rəngli, psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan vətəndaşı daxili orqanında narkotik keçirmək istərkən saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ