Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kralın ölüm xəbəri təkzib edildi - YENİLƏNİB

Kralın ölüm xəbəri təkzib edildi -  YENİLƏNİB

Tarix: 18 Mart 2024 16:46

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığın monarxı III Çarlz səlahiyyətinin icrasını davam etdirir və xüsusi işləri ilə məşğuldur.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Bukingem sarayı yayıb.

Qeyd edək ki, bir müddət əvvəl sarayın adından kralın vəfat etməsi barədə məlumat yayılmışdı.

-------

16:01

Böyük Britaniya kralı III Çarlz vəfat etməsi ilə bağlı iddialar yayılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə onun ölməsi ilə bağlı xəbərlər tirajlanır.

Məlumata görə, III Çarlz anası II Elizabetdən sonra çıxdığı taxtda bir ildən az qalıb.

Qeyd edək ki, kralın tacqoyma mərasimi 2023-cü il mayın 6-da baş tutub. Onun 75 yaşı var.

Milli.Az


Etiketlər:  Kralın ölüm xəbəri təkzib edildi YENİLƏNİB


RƏYLƏR