Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 17:12
Gürcüstanda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında çıxışı zamanı Tbilisi ilə Bakını səhv salıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, həmin an Gürcüstanın Baş naziri İrakli Kobaxidze Stoltenberqin yanında olub.
"Yenidən Bakıya qayıtmaq və burada olmaq xoşdur. Çünki bu bizim Gürcüstan və NATO arasında tərəfdaşlığı necə yüksək qiymətləndirdiyimizi göstərir", - deyə Baş katib qeyd edib.
Bildirilir ki, bununla belə, Stoltenberqin səhvini heç kəs düzəltməyib.
Xatırladaq ki, Stoltenberq martın 17-18-də Azərbaycanda səfərdə olub və bu gün Gürcüstana gedib. O, Gürcüstandan Ermənistana səfər edəcək.