Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 06:52
NATO daha güclü demokratiya və inteqrasiya yolunda Gürcüstanın yanındadır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
"Avropa İttifaqına (Aİ) namizəd statusu sabitliyinizi və rifahınızı yaxşılaşdırmaq üçün ən böyük fürsətdir", - deyə alyansın rəhbəri qeyd edib.
Stoltenberq bildirib ki, Gürcüstanın bu gün Aİ-yə üzvlük üçün atdığı addımlar ölkənin NATO-ya daxil olması prosesinə töhfə verəcək.