Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” dünya rekordunun bir addımlığında

“Qarabağ” dünya rekordunun bir addımlığında

Tarix: 19 Mart 2024 13:36

Milli çempionatların yüksək liqalarında davam edən səfər matçlarındakı ən uzun qələbə seriyaları açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda üçhakimiyyətlilikdir.

Dünya rekorduna şəriklər ardıcıl 9 səfər oyununda qalib gəlib. "Fənərbaxça" Türkiyədə, "Slovan" Slovakiyada, VPS Finlandiyada meydan sahiblərinə "divan tutmaq"dadır.

Son Azərbaycan çempionu "Qarabağ" bu rekordun bir addımlığındadır. Qurban Qurbanovun yetirmələri yenə lider olduğu Premyer Liqadakı son 8 görüşündə meydan sahiblərinə aman verməyib.

Ağdam klubu "Sabah"ı 2:1, "Sumqayıt"ı 6:1, "Zirə"ni 1:0, "Kəpəz"lə "Səbail"i eyni - 2:1, "Qəbələ"ni 4:0, "Neftçi"ni 4:1, "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" sonuncu dəfə 2023-cü il oktyabrın 30-dakı səfər görüşündə xal itirib. Həmin gün "Araz-Naxçıvan" çempiona qalib gəlib - 2:1. Qurbanovun komandası növbəti səfər matçına martın 29-da "Kəpəz"ə qarşı keçirəcək.

Qeyd edək ki, Uelsdə ardıcıl 8 qələbəsi qazanan TNS də "Qarabağ"a şərikdir.

Milli.Az


Etiketlər:  Qarabağ dünya rekordunun bir addımlığında


RƏYLƏR