Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Danışılmış oyunların nəticələri ləğv olunacaq?

Danışılmış oyunların nəticələri ləğv olunacaq?

Tarix: 19 Mart 2024 14:44

Azərbaycanda danışılmış oyunlarda iştirak edənlərlə bağlı yaranmış durum heç bir matçın nəticəsinə təsir etməyəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bir neçə futbolçu danışılmış oyunlara görə cəzalandırılıb, hətta futboldan ömürlük uzaqlaşdırılsa da, bu, turnir cədvəlində hansısa dəyişikliyə səbəb olmayacaq. Komandalar mübarizəsinə qaldığı yerdən davam edəcəklər. Bununla bağlı AFFA-nın İntizam Komitəsi qərar verib.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin qərarı ilə Fəhmin Muradbəyli, Ege Atlam (hər ikisi "İrəvvan", I Liqa) Rüfət Həsənov ("Azərbaycan Qartalları", uşaqlar) və Yusif Rüstəmov danışılmış oyunlarda iştiraka görə ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Həmçinin, Ramin Məhərrəmov, Kamal Mirzəyev (hər ikisi "İrəvvan", I Liqa), Vüqar Rəhimov ("Baku Sporting", II Liqa), Xətai Ramazanlı ("Lerik", II Liqa) və Elvin Xudadatov ("Qusar", II Liqa) fərqli müddətə diskvalifikasiya olunublar.

Milli.Az


Etiketlər:  Danışılmış oyunların nəticələri ləğv olunacaq


RƏYLƏR