Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 17:00
Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.
Sonxeber.net xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" sosial şəbəkə hesabında paylaşımında bildirib.
"Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda Novruz Novruz tonqalları ilə qeyd olunur. Necə deyərlər, Oyun Bitdi!
Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!", - Hacıyev paylaşımında qeyd edib.