Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycanla dinc yaşamaq, əməkdaşlıq istəyirik” - Paşinyan

“Azərbaycanla dinc yaşamaq, əməkdaşlıq istəyirik” - Paşinyan

Tarix: 20 Mart 2024 17:06

Ermənistan Azərbaycanla sülh prosesinə sadiqdir, onunla dinc yaşamaq, əməkdaşlıq etmək istəyir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib.

"Azərbaycanla sülh prosesinə sadiq olan Ermənistan öz təhlükəsizliyini ilk növbədə region və onun hüdudlarından kənarda qonşuları ilə dinc yanaşı yaşama və əməkdaşlıqda görür. Ermənistan hökumətinin təqdim etdiyi "Sülh qovşağı" layihəsi Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və sülhünə töhfə vermək məqsədi daşıyır", - baş nazir deyib.

Milli.Az


Etiketlər:  Azərbaycanla dinc yaşamaq əməkdaşlıq istəyirik Paşinyan


RƏYLƏR