Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2024 09:28
Yaponiyanın şərqində 5,3 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Totiqi prefekturasında, 50 km dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində hər hansı tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Zəlzələ İbaraki, Saitama, Çiba və Tokio prefekturalarında hiss olunub.