Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat aldı

Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat aldı

Tarix: 21 Mart 2024 14:16

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan-Macarıstan oyununda hakim-inspektoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, matç martın 26-da Bakı vaxtı ilə saat 18:00-da Almatıdakı "Almaty Ortalyk" stadionunda start götürəcək.

Milli.Az


Etiketlər:  Azərbaycanlı hakim UEFA dan növbəti təyinat aldı


RƏYLƏR