Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqlar üçün qida məhsullarına yeni tələb müəyyənləşdi

Uşaqlar üçün qida məhsullarına yeni tələb müəyyənləşdi

Tarix: 21 Mart 2024 23:45

Uşaqlar üçün qida məhsullarına dair yeni tələb müəyyənləşib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi "Qida əlavələrinə dair sanitariya norma və qaydaları"nda əksini tapıb.

Körpələr və erkən yaşlı uşaqlar üçün qida məhsulları, o cümlədən körpələr və erkən yaşlı uşaqlar üçün tibbi məqsədli qida məhsulları daşınma yolu ilə tərkibinə qida əlavələrinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısına daxil edilib.

Eyni zamanda körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalar, o cümlədən körpələr və erkən yaşlı uşaqlara tibbi məqsədlər üçün hazırlanan qida məhsulları daşınma yolu ilə tərkibinə qida rəngləyicilərinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısında yer alıb.

Milli.Az


Etiketlər:  Uşaqlar üçün qida məhsullarına yeni tələb müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ