Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

F-16 qəzası: Gülər yunan həmkarına zəng etdi

F-16 qəzası: Gülər yunan həmkarına zəng etdi

Tarix: 22 Mart 2024 09:06

Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​Yunanıstanın müdafiə naziri Nikos Dendias ilə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Gülər ​​qəzaya uğrayan F-16 təyyarəsinin yaralanan pilotuna şəfa diləyib.

Dendias da öz növbəsində Gülərə səmimi arzularına və pilotla səmimi marağına görə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Halkidiki yarımadasının cənubunda yerləşən Psatura adası yaxınlığında qəzaya uğrayıb.

Milli.Az


Etiketlər:  F 16 qəzası Gülər yunan həmkarına zəng etdi


RƏYLƏR