Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2024 10:06
"ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Alzheimer xəstəliyindən qorxur. Buna səbəb isə onun atası Fred Trampın bu cür xəstəlikdən əziyyət çəkməsidir".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Trump Organization"ın keçmiş top-meneceri danışıb.
Adı açıqlanmayan menecer Trampın öz atası ilə ünsiyyətinin şahidi olduğunu bildirib: "Donald şübhəsiz ki, Alzheimer xəstəliyindən qorxur".
O, həmçinin vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti bunu etiraf etmək və bu barədə ictimai olaraq danışmaq niyyətində deyil.
Qəzet qeyd edir ki, amerikalı siyasətçinin atası 1990-cı illərdə ağır vəziyyətdə olub. Bildirilir ki, Donald Tramp ailəsini öz malikanəsinə dəvət etdikdə atası öz övladlarını tanıya bilməyib. Fred Tramp 1999-cu ildə 93 yaşında dünyasını dəyişib.