Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dən Ukraynaya çağırış - Hücumları dayandırın

ABŞ-dən Ukraynaya çağırış - Hücumları dayandırın

Tarix: 22 Mart 2024 12:00

ABŞ Ukraynanı Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa çağırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Qeyd olunub ki, Vaşinqton dünya bazarında neftin qiymətinin artmasından və Rusiyanın cavab tədbirlərindən ehtiyat edir.

Bildirilib ki, ABŞ Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurlarına dəfələrlə bu barədə xəbərdarlıq edib.

ABŞ-ın Ukraynanın bu israrlı hücumlarından məyus olduğu iddia edilir.

Qeyd edək ki, Ukrayna son zaman Rusiya ərazisindəki neft bazalarına intensiv hücum edir. Sonuncu belə hücum martın 12-də olub.

Milli.Az


Etiketlər:  ABŞ dən Ukraynaya çağırış Hücumları dayandırın


RƏYLƏR