Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bahar" serialının aktyoru: "O səhnə çəkiləndə özümdən getdim" - FOTO

Tarix: 22 Mart 2024 14:25

Hazırda Türkiyənin reytinqli "Bahar" serialında Timur obrazını canlandıran  məşhur aktyor Mehmet Yılmaz Ak etirafı ilə diqqət çəkib.

Milli.Az olke.az-a istinadən bildirir ki, İbrahim Səlimlə "Bu Gecə" verilişində qonaq olan aktyor "Çukur" serialına çəkiliş vaxtı başına gələn hadisəni danışıb.

Aktyor bildirib ki, "Çukur" serialında kranda asılı qaldığı səhnədə huşunu itirib:

"Sonuncu seriyada məni krandan asacaqdılar və öləcəkdim. Yüksəklik qorxum var. "Siz nə qədər bu işin əhlsiniz" deyə soruşdum. "Biz sertifikatlıyıq" dedilər. Soruşdum ki, kəndir qopsa, necə olacaq? Bizim ipimiz qopmaz dedilər. Şıltaqlıq etdiyimi düşünməsinlər deyə dedim ki, məni krana tərsinə asın. Düşündüm ki, tərs dayansam, heç nə olmayacaq. Çəkiliş 4 dəqiqə davam etdi, 5-ci dəqiqədə özümdən getdim" - o söyləyib.

Qeyd edək ki,  Mehmet Yılmaz Ak "Bahar" serialından əvvəl son olaraq "Yargı" serialında prokuror Pars rolunu oynayıb.

O, Çukur serialında Ersoy obrazını canlandırıb.

Milli.Az


Etiketlər:  Bahar serialının aktyoru O səhnə çəkiləndə özümdən getdim FOTO


RƏYLƏR