Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mitteran öldü

Mitteran öldü

Tarix: 22 Mart 2024 17:08

Fransanın keçmiş mədəniyyət naziri Frederik Mitteran ağır xəstəlikdən sonra 77 yaşında vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" onun ailə üzvlərinə istinadən məlumat yayıb. O, 1981-1995-ci illərdə Fransanı idarə edən Fransua Mitteranın qardaşı oğludur.

2009-2012-ci illərdə Frederik Mitteran Nikola Sarkozinin prezidentliyi dövründə mədəniyyət naziri vəzifəsində çalışıb. Sarkozi Mitteranın vəfatı ilə bağlı başsağlığı verib.

"Mədəniyyət naziri vəzifəsində o, fədakarlıqla və istedadla çalışıb", - sabiq prezident "X" səhifəsində yazıb.

Milli.Az


Etiketlər:  Mitteran öldü


RƏYLƏR