Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2024 22:32
Liviyanın paytaxtı Tripolinin cənub-şərqindəki kütləvi məzarlıq aşkarlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Liviya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi sosial media hesabından məlumat yayıb.
Şuveyrif bölgəsindəki məzarlıqda 65 qeyri-qanuni immiqrantın cəsədi tapılıb.
Ölənlərin milliyyətinin məlum olmadığı bildirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının açıqlamasında görə Aralıq dənizində 2023-cü ildə ən azı 3129 qeyri-qanuni miqrantın öldüyü və ya yoxa çıxdığı qeydə alınıb.