Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çipli adam düşüncə gücü ilə “X”də paylaşım etdi

Çipli adam düşüncə gücü ilə “X”də paylaşım etdi

Tarix: 23 Mart 2024 09:04

İlon Maskın neyrotexnoloji şirkəti "Neuralink"in beyninə implant yerləşdirdiyi pasiyent Nolan Arbo düşüncə vasitəsilə "X"də paylaşım edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder sosial şəbəkədə bildirib.

"Sadəcə düşüncə vasitəsilə "Neuralink"in "Telepath" implantından istifadə edərək tarixdə ilk paylaşım", - Mask qeyd edib.

"Tvitter məni bot hesab etdiyi üçün əngəlləyib, lakin "X" və İlon Mask məni bərpa ediblər, çünki mən beləyəm", - Arbonun postunda yazılıb.

29 yaşlı Nolan Arbo təxminən səkkiz il əvvəl qəza nəticəsində iflic olduğunu və çiyinlərindən aşağı hiss etmədiyini bildirib. İndi həmin şəxs öz noutbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirə, fiqurları yenidən düzə bilər.

Milli.Az


Etiketlər:  Çipli adam düşüncə gücü ilə Xdə paylaşım etdi


RƏYLƏR