Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəhlul Mustafazadə: “Bəzən alınır, bəzən də yox”

Bəhlul Mustafazadə: “Bəzən alınır, bəzən də yox”

Tarix: 23 Mart 2024 17:02

"Çoxsaylı şanslarımız oldu. Düşünürəm ki, bəzi epizodları daha tez qola çevirməliydik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Monqolustanla (1:0) matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

Yeganə qolun sahibi bildirib ki, böyük hesabla qalib gəlmək mümkün idi: "Əlimizə düşən şanslardan daha diqqətli istifadə etməli idik. Daha çox qol vura bilərdik. Amma bəzən alınır, bəzən də yox".

O bildirib ki, Bolqarıstan millisi ilə mübarizədə də əsas məqsəd qələbə qazanaraq, yaxşı oyun göstərməkdir: "Daha çox qol vurmağa çalışıram. Məşqlərdə də bunun üzərində işləyirəm. Amma bu futboldur. Bəzən mən qol vururam, bəzən də başqası buna nail olur".

Yığmada baş məşqçi ilə bağlı sualı cavablandıran futbolçunun sözlərinə görə, istənilən mütəxəssis gəlsə də, onlar eyni vəziyyətdə çalışacaqlar: "Arif Əsədov tanıdığımız, daha əvvəl birgə işlədiyimiz məşqçidir. Biz onun, o da bizim iş prinsipimizə bələddir. O bizi, biz də onu yaxşı tanıyırıq. Yeni çalışdırıcının yerli və ya əcnəbi olması ilə bağlı əlavə şərh verə bilmərəm. Çünki bu mənim səlahiyyətimdə olan bir məsələ deyil".

Qeyd edək ki, Azərbaycan Bolqarıstanla martın 25-də üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Bəhlul Mustafazadə Bəzən alınır bəzən yox


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR