Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yoldaşımın gözündəki dəhşəti gördüm və düşündüm ki nəsə etməliyəm"

Tarix: 23 Mart 2024 20:04

Moskvada, "Crocus City Hall"da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o qeyd edib ki, hadisə vaxtı "Crocus City Hall"da həyat yoldaşı ilə birgə olub.

"Mən həyat yoldaşıma baxdım və onun gözlərindəki dəhşəti gördüm. Başa düşdüm ki, nəsə etməliyəm. Bu zaman bizim olduğumuz yerə yaxınlaşan terrorçu silahını yenidən doldurmağa başladı", - deyə hadisənin şahidi bildirib.

O qeyd edib ki, düşünməyə bir neçə saniyəsi olub.

"Həyat yoldaşımı itələdim və ona tərəf yaxınlaşdım, əlimlə avtomatı tutub aşağı çəkdim və sağ əlimlə onun başına vurmağa başladım. O, aşağı enməyə başladı. Sol əlimlə onun boynundan tutdum, eyni zamanda vurmağa davam etdim. Və bu anda başqa bir iri bədənli kişi mənə tərəf qaçdı və o da terrorçuya güclü zərbə endirdi. Və biz onu nokaut etdik", - deyə terrorçunu zərəsizləşdirən şəxs vurğulayıb.

Milli.Az


Etiketlər:  Yoldaşımın gözündəki dəhşəti gördüm düşündüm ki nəsə etməliyəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ