Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2024 01:38
23 mart 2024-cü il şənbə günü axşam saatlarında Krımda eyni anda bir neçə yerdə güclü partlayış səsləri eşidilib.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Qeyd olunur ki, ruslar Sevastopol və Cankoydakı hərbi hissələrdə hava hücumu siqnallarını işə salıblar.
Məlumatda yalnız Sevastopolda 6 güclü partlayış olduğu vurğulanıb.
Belbok aerodromunun yaxınlığında 3 partlayış baş verdiyi, Simferopol hava limanı yaxınlığında isə güclü yanğın olduğunu bildirir.
Hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, az öncə Krım körpüsü təhlükəsizlik səbəbi ilə bağlanmışdı.