Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2024 21:50
"Röya məni villasında qonaq edəndə yəqin ki, Elnarəni çağırmayıb. Bu haqda mən dəqiq bilmirəm. Amma Röya məni evinə qonaq dəvət etmişdi".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu "10-da görüşək" verilişində deyib.
Sənətçi gah küsüb, gah da ki barışan keçmiş "W-trio"nun üzvləri Xalq artisti Röya Ayxan və Elnarə Xəlilova ilə münasibətlərindən söz açıb.
Natavan bildirib ki, həm Röya, həm də Elnarə ilə münasibəti yaxşıdır və adıçəkilən həmkarlarının söhbətlərinə qarışmır:
"Mən Röya ilə Elnarənin söhbətlərinə qarışmıram Mənim ümumiyyətlə hamı ilə münasibətim yaxşıdır. Mənim heç Röya ilə münasibətim pozulmamışdı. Zaman-zaman onlar özləri məndən inciyib, küsürlər sonra isə biraz vaxt keçir yaddan çıxır. Mən heç bilmirəm problem nədir (gülür). Hərəsinin "gəlib-getməkləri" var. Biz üçümüz hər dəfə görüşəndə bir-birimizə baxıb gülürük. Dünən nəsə olubsa da belə bu gün heç nə olmamış kimi görüşə, salamlaşa bilirik. Gülməli situasiya yaranır. Mən bütün bunlara isə ciddi yanaşmıram, nə də onlara qarışıram".