Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Juninyo ilə bağlı yekun görüş

Juninyo ilə bağlı  yekun görüş

Tarix: 26 Mart 2024 13:34

"Beşiktaş" "Qarabağ"ın hücumçusu Olavio Juninyodan əl çəkmir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "qara-qartal"lar "sambaçı"nı Vinsent Abubakarın əvəzləyicisi kimi baxırlar.

İstanbullular "Qarabağ"ın istədiyi 8 milyon avro təklifini aşağı salmaq üçün danışıqları davam etdirir. Türkiyəlilərin idman direktoru Samet Aybaba ilə "Qarabağ" rəhbərliyi arasında yaxın günlərdə bu transfer üçün yekun görüşün keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Juninyo karyerası ərzində oynadığı 217 rəsmi matçda 44 qol, 12 asistlə yadda qalıb.

Milli.Az


Etiketlər:  Juninyo ilə bağlı yekun görüş


RƏYLƏR