Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaqif Sadıqov: “Əsədov göstərdi ki, Azərbaycanda futbolçu və məşqçi potensialı var”

Vaqif Sadıqov: “Əsədov göstərdi ki, Azərbaycanda futbolçu və məşqçi potensialı var”

Tarix: 26 Mart 2024 19:00

"Milli komandamızı uzun müddətdir meydanda görmürdük".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, FİFA tərəfindən Bakıda ilk dəfə təşkil olunan "FİFA series - Edition 2024" layihəsi çərçivəsində Azərbaycan yığmasının Monqolustan və Bolqarıstan millilərinə qarşı apardığı oyunları şərh edib. Qurum rəsmisi bildirib ki, yığma onlara yeni bir ümid verib: "Millimiz bolqarla oyunda yüksək performans göstərdi. Həmçinin heyətə daxil olan yeni futbolçular oyuna əlavə güc və rəng qatdılar. Sona qədər komandamız mübarizə apararaq, hesabı bərabərləşdirdi. Qələbə qazanmaq üçün futbolçularımız yetərincə güc qoydular. Bütün bunlar bir daha sübut etdi ki, potensialımız var və yeni formalaşan yerli komandaya şahid olduq. Gələcəyə uğurlu addımlar atan bir yığmanı görmək istəyirik. Bu oyunlar onu göstərdi ki, yığmamız çox şeyə qadir ola bilər".

O, məşqçi Arif Əsədovun öz işini peşəkarcasına yerinə yetirdiyini bildirib: "Əsədov komandanı yaxşı bir formada oyunlara kökləmişdi. O, bu iki oyunla göstərdi ki, Azərbaycanda futbolçu və məşqçi potensialı var. Həmçinin bu cür oyunla gələcəkdə yerlilərlə yolumuzu davam etdirə bilərik".

Sadıqov baş məşqçi seçimi üçün İşçi Qrupunun işinə də toxunub: "Bu məsələ ilə bağlı bir xəbər yoxdur. Hazırda AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlərin seçilməsi ilə bağlı məsələlər gündəmdir. Bununla bağlı yekun qərar verilib, seçkilər bitdikdən sonra İşçi Qrupu son durumu açıqlayacaq".

Qeyd edək ki, yığmamız "FİFA series - Edition 2024" çərçivəsində Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstanla 1:1 hesablı heç-heçə oynayıb.


Etiketlər:  Vaqif Sadıqov Əsədov göstərdi Azərbaycanda futbolçu məşqçi potensialı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ