Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2024 19:28
Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun Kollegiya iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, miqrasiya sahəsində vəziyyət çox vacibdir və ona nəzarət edilməlidir: "Bu sahədə vacib və milyonlarla insanı narahat edən vəziyyətə nəzarət olunmalıdır.
Putin prokurorluğa cinayətkarlıqla mübarizə üçün qabaqlayıcı tədbirlər üzərində düşünməyi tapşırıb: "Əlavə qabaqlayıcı, profilaktik və digər anti-cinayət tədbirləri sistemi üzərində düşünmək, o cümlədən miqrasiya sahəsində qanunun aliliyinə riayət etmək lazımdır".