Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2024 23:00
"WhatsApp" messenceri yeni funksiyanı təqdim edib.
Sonxeber.net gundem.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı yazır.
iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün "WhatsApp" messencerində videoları geri çəkməyə imkan verən yeni funksiya olacaq.
"WhatsApp" tərtibatçıları videonun geri çəkilməsi variantını təqdim ediblər. Qeyd olunub ki, videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır.
Mütəxəssislər vurğulayıblar ki, seçim bütün hesablar üçün mövcud olmaya bilər. Hazırda ondan iOS əsasında işləyən smartfon sahibləri istifadə edə bilərlər.
Bildirilir ki, funksiya yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.